Fazil Mustafa Elman Rüstəmovun yenidən seçilməsini istəmədi

Fazil Mustafa Elman Rüstəmovun yenidən seçilməsini istəmədi
Bütün Xəbərlər
16:43 03.04.2015
1157
Millət vəkili Fazil Mustafa Milli Bankın İdarə Heyətinin üzvlüyünə Elman Rüstəmovun yenidən seçilməsinin əleyhinə səs verən tək deputat olub.
AZXEBER.COM xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkədə yazıb. Millət vəkilinin sözlərinə görə, E. Rüstəmov kifayət qədər savadlı və təcrübəli kadrdır, ola bilsin ki, bu iqtidar üçün də xüsusi dəyəri olan kadr sayılır, ancaq heç bir yüksək çinli dövlət məmurunun xalqı aldatmağa mənəvi haqqı çatmır. Manatın devalvasiyası məsələsində mövqeyi haqlı olaraq insanlarımızda əsəb gərginliyinə səbəb olmuşdu.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında E. Rüstəmov səs çoxluğu ilə Milli Bankın İdarə Heyətinin üzvü seçilib.
OXŞAR XƏBƏRLƏR