Fədayə Laçının adı hallanan cinayət işində “Qoca”nın ortağı ilə bağlı QƏRAR

KRİMİNAL
13:13 09.05.2022
600

Şirvan Apellyasiya Məhkəməsində kriminal qruplaşmalar arasında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Kakavan Kavus Zəfər oğlunun şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Belarusdan Azərbaycana ekstradisiya edilən Kakavan Kavus Zəfər oğlu 2015-ci ildə Şirvanda 2 nəfərin qətlə yetirildiyi kriminal qruplaşmalar arasında baş verən silahlı insidentdə iştirak edib. Hadisə vaxtı Nacıyev Elvin Zamanəli (Kriti Elvin) və Sarıbalaev Zaur Vəfadar oğlu qətlə yetirilib.

Hadisəni törətməkdə təqsirli bilinənlər - kriminal aləmin üzvləri Əli Ağami, Tahir Məlikov, Məhəmməd Heydərov və Əfsər İbrahimov saxlanılıb, Kakavan Kavus Zəfər oğlu isə istintaqdan qaçaraq gizlənib.

İstintaqın davamında isə hadisənin təşkilatçısı Etibar Məmmədov ("Qoca”) tutularaq istintaqa təhvil verilib.

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan zaman Etibar Məmmədov və Əli Ağami Lənkərandan Bakıya etap edilərkən xüsusi təyinatlı qatardan qaçıblar. Hadisədən bir müddət sonra Əli Ağami özü təslim olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Etibar Məmmədovun ("Qoca”) tutulması ilə bağlı əməliyyat keçirən zaman polis əməkdaşlarına atəş açıb və əməliyyat nəticəsində o öldürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami 19 il, Tahir Məlikov, Məhəmməd Heydərov və Əfsər İbrahimov hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ötən il Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə istintaqdan qaçaraq yayınan Kakavan Kavus Zəfər oğlu məhkəməsinin hökmü ilə cinayət məcəlləsinin CM-in 120.2.1 və 228.2.1-ci maddələri 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci ildə "Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasına kömək etdiyi üçün həbs olunmuşdu.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:45 20.05.2022

Bu istiqamətlərdə rus ordusunun 40 hərbçisi məhv edildi

00:34 20.05.2022

Zelenski: "Ukrayna qalib gələcək, amma bu, on minlərlə insanın həyatı bahasına olacaq"

00:28 20.05.2022

Kulebadan SƏRT MESAJ: "Buna heç kimin siyasi hüququ yoxdur, Ukrayna öz qələbəsinin...

00:22 20.05.2022

“Azov” alayının komandir müavini: “Azovstal”da əməliyyat gedir” - VİDEO

00:14 20.05.2022

Çin liderindən Rusiyaya şok mesaj - “Buna görə hansısa ölkəni qurban vermək...”

00:07 20.05.2022

Bürclər bu günə nə deyir?

23:58 19.05.2022

Dünyanı qorxuya salan "meymun çiçəyi" virusu: Əlamətləri nədir?

23:56 19.05.2022

Rihanna ilk övladını dünyaya gətirdi - OĞLU OLDU

23:40 19.05.2022

ÜST Çinin COVID-19 peyvəndi “Convidecia”nın tətbiqini təsdiqlədi

23:26 19.05.2022

Bu ölkə Ukraynaya 25 min ton benzin tədarük edəcək

23:08 19.05.2022

NATO 42 minlik qüvvəni döyüş vəziyyətinə gətirdi - Yeni müharibə baş verəcək?

22:54 19.05.2022

Quterreş Ukraynada atəşkəs üçün hərəkətə keçməyə çağırdı

22:45 19.05.2022

Ərdoğan: "Nə Putin, nə də Zelenski ilə əlaqələri kəsə bilərəm"

22:40 19.05.2022

Mədəniyyət Nazirliyi Vaqif Əsədovun ölümü ilə bağlı nekroloq yaydı

22:33 19.05.2022

“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır - Səbəbi AÇIQLANDI

22:27 19.05.2022

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı