"Fələstinin dövlət kimi tanınmasını dəstəkləyirik"

"Fələstinin dövlət kimi tanınmasını dəstəkləyirik"
Bütün Xəbərlər
00:59 05.10.2011
1186

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasına səfər edib. O, səfərinin ilk günündə bu ölkənin vitse-prezidenti Kqalema Motlante ilə görüşüb. Paytaxt Pretoriyada baş tutan görüşün ardından Ərdoğan və Motlante jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan görüş zamanı Fələstin-İsrail münaqişəsi, Sudan və Somalidəki vəziyyətin müzakirə edildiyini deyib. Türkiyə baş naziri həmçinin Türkiyənin qonşu Suriya ilə münasibətlərindən danışıb. Ərdoğan yaxın günlərdə sərhəddə yerləşən Hatay şəhərinə səfər edərək Suriyadakı zorakılıqdan qaçaraq burada sığınacaq tapan suriyalıların məskunlaşdığı qaçqın düşərgəsinə baş çəkəcəyini deyib. Türkiyə baş naziri həmçinin Bəşər Əsədin atası Hafiz Əsədin Suriyaya rəhbərlik etdiyi dönəmi xatırlayaraq o vaxt Həma və Homsda törədilən qətllərdən danışıb: "Görürsünüz, bunlar bu an yenidən gündəmə gəlir. Biz bunları heç gözləmirdik. Amma çox təəssüf ki, belə bir gediş 910 kilometr sərhədi olan Türkiyəni ciddi mənada üzüb, çünki qohumluq bağlarımız var”. Türkiyə baş naziri Fələstinin BMT-ə üzvlük məsələsinə də toxunub. Ərdoğan bir daha Fələstinin müstəqil dövlət kimi qəbul edilməsinin tərəfdarı olduğunu deyib: “İndiki anda BMT Baş Assambleyasında Fələstinin dövlət kimi tanınması məsələsi qaldırılıb. Bizlər sözsüz ki, Fələstinin dövlət kimi tanınmasını dəstəkləyirik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan XİN: İrəvan Bakı ilə sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır
17:51 13.03.2025
Ermənistan XİN: İrəvan Bakı ilə sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır
Putin bu gün Trampın nümayəndəsi ilə görüşəcək
17:44 13.03.2025
Putin bu gün Trampın nümayəndəsi ilə görüşəcək
Məşhurlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonaqları olublar - FOTOLAR
17:32 13.03.2025
Məşhurlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonaqları olublar - FOTOLAR
Novruz bayramı niyə əvvəlki kimi qeyd olunmur? - VİDEOSORĞU
17:26 13.03.2025
Novruz bayramı niyə əvvəlki kimi qeyd olunmur? - VİDEOSORĞU
Azərbaycanlı idmançı dostu ilə birlikdə Kiyevdə itkin düşdü
17:08 13.03.2025
Azərbaycanlı idmançı dostu ilə birlikdə Kiyevdə itkin düşdü
Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib - FOTOLAR
17:00 13.03.2025
Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib - FOTOLAR
Taksidə əlavə ödəniş tələbi qadağan edildi
16:58 13.03.2025
Taksidə əlavə ödəniş tələbi qadağan edildi
İtaliyalı jurnalist Mətbuat Şurasında olub - FOTOLAR
16:34 13.03.2025
İtaliyalı jurnalist Mətbuat Şurasında olub - FOTOLAR
Müğənni Qismət uzun illər sonra üzə çıxdı - VİDEO
16:33 13.03.2025
Müğənni Qismət uzun illər sonra üzə çıxdı - VİDEO
Neft Emalı Zavodunda yanğından 3 gün sonra da təhlükə yaranıbmış - DTX-də cinayət işi açıldı
16:32 13.03.2025
Neft Emalı Zavodunda yanğından 3 gün sonra da təhlükə yaranıbmış - DTX-də cinayət işi açıldı
Ermənistan Azərbaycanın şərtlərini qəbul edib - Ceyhun Bayramov
16:19 13.03.2025
Ermənistan Azərbaycanın şərtlərini qəbul edib - Ceyhun Bayramov
Bu kərə yağının tərkibində yağ turşuları aşkarlandı - Satışdan çıxarılır
16:01 13.03.2025
Bu kərə yağının tərkibində yağ turşuları aşkarlandı - Satışdan çıxarılır
"Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb"
15:49 13.03.2025
"Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb"
Bu gənclər sizi təəccübləndirəcək: "Hazırladığımız oyunlar dünyaya səs salacaq" -  VİDEO
15:44 13.03.2025
Bu gənclər sizi təəccübləndirəcək: "Hazırladığımız oyunlar dünyaya səs salacaq" - VİDEO
Qatıq xərçəng riskini azaldır - Həkimlərdən maraqlı araşdırma
15:25 13.03.2025
Qatıq xərçəng riskini azaldır - Həkimlərdən maraqlı araşdırma
Prezident Bolqarıstanın xarici işlər nazirini qəbul etdi
15:18 13.03.2025
Prezident Bolqarıstanın xarici işlər nazirini qəbul etdi