xari

“Fənərbaxça” Məsut Özili təqdim etdi

İDMAN
16:20 27.01.2021
363

Türkiyənin "Fənərbaxça” klubunun yeni transferi Məsut Özili ictimaiyyətə təqdim edib. 

AzxeberSport xəbər verir ki, İstanbul təmsilçisi ulduz futbolçunu ictimaiyyətə təqdim edib.

Təqdimat mərasiminə klubun prezidenti Ali Koç, "Arsenal”dan transfer edilən yarımmüdafiəçinin həyat yoldaşı Əminə Gülşə və qızı da qatılıb. Tədbirdə 32 yaşlı Özil yeni komandası ilə 3,5 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Məsut Özilin "Fənərbaxça”da illik maaşı 5 milyon avrodur.

OXŞAR XƏBƏRLƏR