"Fənərbaxça"nın Prezidenti: "Növbəti mövsümdə çempion olmağımızın vaxtıdır"

"Fənərbaxça"nın Prezidenti: "Növbəti mövsümdə çempion olmağımızın vaxtıdır"
DÜNYA
05:05 31.05.2024
212
"Gələn mövsüm çempion olmağımızın vaxtıdır. Şüşə tavanı sındıranda bir-birinin ardınca çempionluqlar gələcək".
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri "Fənərbaxça"nın prezidenti Ali Koç seçki kampaniyası çərçivəsində verdiyi açıqlamada deyib.
O həmçinin qeyd edib ki:
 
"Növbəti dönəm üçün dostlarımızla yola düşmüşük. Gələcək üçün çox gözəl toxumlar əkirik. Bəziləri bəhrəsini verib, bəziləri isə meyvə vermək üzrədir. Başladığımız yolda olan məsuliyyəti hiss edirəm və bu mübarizəni çiyin-çiyinə qazana biləcəyimizi söyləmək üçün buradayam.
 
Son 6 ayda sistemə qarşı mübarizəmizi hamı bilir. Biz çiyin-çiyinə gəlib cəmiyyətin güc və potensialını maksimum dərəcədə artıra bilsək, futbol sistemi daxilindəki bu mübarizədə uğur qazana bilərik. Çünki Fənərbaxça üçün hər şeyə dəyər”
 
Oksana
OXŞAR XƏBƏRLƏR