Fərhad Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Gənc Liderlər Forumunda çıxış edib

Fərhad Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Gənc Liderlər Forumunda çıxış edib
GƏNCLİK
13:30 27.06.2013
3971

27 iyun 2013-cü il tarixində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Gənc Liderlər Forumunda11 ölkənin gənc liderləri bir araya gəlib.Tədbir Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin (AAGİB) təşəbbüsü və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.Layihənin məqsədi bölgədə vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunun artırılması və QİƏT ölkələrini əhatə edən gənclər arasında dialoqun qurulmasıdır. Forumda Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova, Ukrayna, Rumıniya, Bolqarıstan, Albaniya, Yunanıstan, Rusiya və Serbiyadan gənc liderlər, gənclər təşkilatları sədrləri, həmin ölkələrin Bakıdakı səfirliklərinin əməkdaşları, eyni zamanda Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, millət vəkilləri Azay Quliyev, Musa Qasımlı, Asəf Hacıyev, Asim Mollazadə, Rasim Musabəyov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov, yerli gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak edirlər. Forumun sonunda iştirakçılar tərəfindən Bakı bəyannaməsinin qəbul olunması və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təsis olunması nəzərdə tutulub. F.Hacıyev tədbirdə açılış nitqi ilə çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətindən, dövlətin gənclərə olan qayğısından bəhs etmişdir. O, çıxışında “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqamının əhəmiyyətindən, proqram çərçivəsində Azərbaycan gəncliyi üçün yaradılmış real imkanlardan, əldə olunmuş bir çox uğurlardan danışmışdır. F. Hacıyev cənab Prezident İlham Əliyevin gənclərə olan xüsusi diqqətini və etimadını, 2 il ərzində gənclərlə 3 dəfə görüşərək onların fikirlərini dinlədiyini, məhz gənclərə dəstək göstərməyin dövlətimizin prioritet fəaliyyət istiqamətlərindən olduğunu vurğulamışdır.  

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır