Fərhad Məmmədov: ‘Türkiyədə prezident seçkiləri ilə bağlı proseslər Cənubi Qafqaz regionuna təsirsiz ötüşməyəcək’

Fərhad Məmmədov: ‘Türkiyədə prezident seçkiləri ilə bağlı proseslər Cənubi Qafqaz regionuna təsirsiz ötüşməyəcək’
Bütün Xəbərlər
16:02 18.12.2012
721

2014-cü ildə Türkiyədə prezident seçkiləri keçiriləcək. Bu istiqamətdə Türkiyədə ciddi proseslər baş verəcək ki, bu da Cənubi Qafqaz regionuna təsirsiz ötüşməyəcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov SAM-da keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, yaxın bir neçə il ərzində Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi əlaqələr daha yüksək səviyyədə inkişaf edəcək. "Türkiyədə baş verən hər hansı ciddi proses, ələlxüsus, konstitusiyanın dəyişməsi, hakimiyyət qollarından birinin əhəmiyyətinin azalması bizim regiona da təsir edəcək", - Məmmədov qeyd edib. Onun sözlərinə görə, Türkiyədə böyük konstitusiya dəyişikliyi baş verib və ölkə prezident üsuli-idarəsi istiqamətində irəliləyir. "Digər tərəfdən, bu proseslər Türkiyənin iqtisadi inkişafının və bölgədə rolunun əhəmiyyətli dərəcədə artması fonunda baş verir. Bu, Türkiyənin dünyəvi dövlət kimi inkişafı, daha sonra geosiyasi maraqlarının daha dəqiq və operativ şəkildə həyata keçirilməsindən irəli gəlir", - Məmmədov deyib.

OXŞAR XƏBƏRLƏR