Fərid Şahbazlı: “Azərbaycan gəncliyinin qarşısında böyük hədəflər dayanır”

GƏNCLİK
22:16 02.02.2022
1025
"Azərbaycanda milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir dünyanın çağırışlarına cavab verəcək qədər intellektual və hazırlıqlı gənclər nəsli yetişir. Bugün biz Azərbaycan gənclərinin uğurlu sədasını dünyanın nüfuzlu elm olimpiadalarından, mədəniyyət, idman yarışlarından eşidirik. Azərbaycan gəncləri həm ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edir, həm də dünya miqyasında böyük uğurlar əldə edirlər. Ən önəmlisi isə Azərbaycan gəncliyi 44 günlük Vətən Savaşında həm ön cəbhədə əsgər kimi, həm də arxa cəbhədə informasiya müharibəsinin iştirakçısı kimi öz gücünü və potensialını göstərdi. Ali Baş Komandanın rəhbərliyi altında gənclərimizin qəhrəmanlığı sayəsində Qarabağ torpaqları işğaldan azad olundu və tarixi ədalət bərpa edildi”.

Bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı 2 Fevral- Azərbaycan Gəncləri Günü ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, gənclərlə bağlı xüsusi bir günün elan edilməsi Azərbaycan gəncliyinə verilən yüksək qiymətin nümunəsidir: "Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlayıb. Ulu Öndər Heydər Əliyev bununla bağlı 1997-ci ildə müvafiq Fərman imzalayıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra 1999-cu ilin 12 avqust tarixində BMT Baş Məclisi tərəfindən Beynəlxalq Gənclər Günü elan edilib.

Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkəmizdə dövlət gənclər siyasətinin əsası qoyulub və o siyasət bu gün Cənab Prezident olduqca tərəfindən uğurla davam etdirilir. Bu siyasət gənclərimizin həm milli-mənəvi dəyərlər ruhunda, həm də çağdaş dünyanın tələblərinə uyğun olaraq, çevik və innovativ bacarıqlara sahib bir fərd kimi formalaşmasına xidmət edir. Təsadüfi deyil ki, bugün gənclərimiz hakimiyyətin bütün qollarında aktiv şəkildə təmsil olunurlar. Təcrübə göstərir ki, Azərbaycanın gənclər siyasəti dünya miqyasında böyük təqdirlə qarşılanır və öyrənilir”.

Fərid Şahbazlı bildirib ki, gənclərimiz də dövlətimizin yaratdığı şəraitdən maksimum faydalanmağa və etimada layiq olmağa çalışır: "Gəncliyimiz tarixin bütün mərhələlərində Azərbaycan dövlətinin, dövlətçiliyinin yanında olub, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edib. Müstəqilliyimizin əldə olunmasında və qorunmasında, ölkənin inkişaf etməsində, müasir Azərbaycanın daha da güclənməsində gənclərimizin mühüm rolu var. Gənclərimiz bu müddətdə böyük uğurlar əldə ediblər. Amma qarşıda bizi gözləyən böyük hədəflərimiz var. Bunun üçün biz gənclər beynəlxalq əməkdaşlığa daha çox diqqət yetirməli, digər ölkələrin gəncləri ilə münasibətləri daha da dərinləşdirməli, bu vasitə ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında aktiv rol oynamalıyıq”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb