Fərid Şahbazlı bələdiyyəyə seçilsə, nə edəcək? - Proqramı açıqladı

GƏNCLİK
10:06 10.12.2019
3486
Nəsimi Bələdiyyəsi üzvlüyünə gənc namizəd Fərid Şahbazlı seçki proqramını açıqlayıb. F.Şahbazlı qeyd edib ki, gənclər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan gəncliyinə göstərdiyi yüksək diqqət və qayğını əsas götürərək, seçkilərdə aktiv iştirak etməyə qərar verib.
 
AZXEBER.COM xəbər verir ki, o bildirib ki, ölkəmizdə bütün istiqamətlər və hakimiyyətin bütün qollarını əhatə edən islahatlar siyasəti həyata keçirilir. Bələdiyyələrə də bu islahatlara adekvat namizədlərin üzv seçilməsi bələdiyyələrin gücünə əlavə güc qatacaq.

Gənc namizəd qeyd edib ki, açıqladığı proqram bələdiyyə üzvü seçiləcəyi təqdirdə fəaliyyət istiqamətinin əsas konturlarını təşkil edəcək:

"Biz görməyi planlaşdırdığımız işləri müxtəlif istiqamətlərə görə ayırmışıq. Ancaq, şübhəsiz ki, fəaliyyətimiz dövründə müasir tələb və çağırışlara uyğun olaraq, vətəndaşlarımıza xidmət etmək üçün bir sıra əlavə layihə reallaşdıracaq, lazımi addımlar atacağıq”.

Əhalinin sosial və maddi rifah halının yaxşılaşdırılması istiqamətində planlaşdırılan işlər

-Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri, Böyük Vətən Müharibəsi Veteranları, Xocalı soyqırımı şəhidlərinin ailələri, Çernobıl Əlilləri, Əlillələr Cəmiyyətinin üzvləri, AR Qarabağ Qaçqın və Məcburi Köçkün ailələrinin daimi diqqət mərkəzində saxlanılması
-Aztəminatlı ailələrin problemlərinin həllinə dəstək
-Ehtiyacı olan tələbələrin təhsil xərclərinin ödənilməsinə dəstək
-İstedadlı və yaradıcı gənclərin təşəbbüslərinə dəstək
-Bələdiyyə gəlirlərinin artırılması və vətəndaşların işlə təmininə dəstək məqsədi ilə lokal xaraktetli biznes layihələr
 
Sosial innovasiyalar və vətəndaşlara göstərilən xidmətlərin asanlaşdırılması istiqamətində planlaşdırılan işlər

-Bələdiyyənin yeni və müasir tələblərə cavab verən internet səhifəsinin, sosial media hesablarının yaradılması
-İnternet səhifəsi, sosial media hesablarında, eyni zamanda KİV-lə əməkdaşlıq şəraitində bələdiyyənin ictimai hesabatlılığın təmini-
-Bələdiyyənin aktiv və 24 saat həqiqətən fəaliyyət göstərən Qaynar Xətt xidmətinin yaradılması
-Vergilərin elektron qaydada hesablanması və ödənilməsi üçün müasir sistemin tətbiqi
-Ay ərzində bir neçə dəfə Açıq Qapı günlərinin elan edilməsi
 
Abadlıq, yaşıllaşdırma, yenidənqurma və tikinti sahəsində planlaşdırılan işlər

-Məhəllə yollarının abadlaşdırılması və işıqlandırılması
-İstirahət köşkləri və idman güşələrinin yaradılması
-Yaşıllıq zolaqlarının salınması
-Bu istiqamətdə vətəndaş müraciətlərinə dəstək verilməsi

Beynəlxalq əməkdaşlıq

-Bələdiyyə ilə digər ölkələrin bələdiyyələri arasında əməkdaşlıq əlaqələrinin qurulması
-Xarici ölkə bələdiyyələri ilə "Qardaşlaşmış bələdiyyə” layihəsinin genişləndirilməsi

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:08 07.08.2020

Hikmət Hacıyevin müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib - FOTO

23:43 06.08.2020

Rusiyada koronavirus preparatı patentləşdirildi

23:09 06.08.2020

Türkiyədə son sutkada koronavirusdan 14 nəfər ölüb

22:40 06.08.2020

Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin virtual əməkdaşlıq şəbəkəsi qurulacaq

22:23 06.08.2020

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

22:00 06.08.2020

“Kapitan Nağdəliyev” gəmisinin mexaniki: “Palmali” bir ilə yaxındır ki maaşımızı ödəmir

21:54 06.08.2020

Fransada silahlı şəxs bir neçə nəfəri girov götürüb

21:23 06.08.2020

Ermənistana məxsus daha bir PUA məhv edildi

20:35 06.08.2020

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

20:15 06.08.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb

20:01 06.08.2020

Polislər Buzovnada və Dənizkənarı Milli Parkda üç nəfəri boğulmaqdan xilas etdilər - FOTO

19:41 06.08.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

X Mostbet