Fərid Şahbazlı Rusiyada səfərdə olub

GƏNCLİK
00:01 17.02.2012
1797
Qaynar.info Milli Xəbər Portalının baş redaktoru, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı 13-15 fevral tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində səfərdə olub. Səfər zamanı F.Şahbazlı Ümumrusiya Azərbaycanlıları Konqresinin və Azərbaycan İncəsənət və Mədəniyyət Studiyasının təşkil etdiyi “Azərbaycan sevgim mənim” adlı tədbirə qatılıb.Səfər çərçivəsində baş redaktor Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb. Görüşdə uğurlu diplomatik fəaliyyətinə və Rusiyadakı Azərbaycan diasporunun təşkilatlanmasındakı xidmətlərinə görə səfir Polad Bülbüloğluna Qaynar.info Milli Xəbər Portalının “2011-ci ilin səfiri” Fəxri Diplomu layiq görülüb. Mükafatın təqdimetmə mərasimi Azərbaycanın Rusiyadakı səfirliyində baş tutub.Portalın baş redaktoru Fərid Şahbazlı mükafatın Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşdırılmasındakı xüsusi xidmətlərinə görə Polad Bülbüloğluna təqdim olunduğunu deyib. O, ölkə prezidenti cənab İlham Əliyevin Polad Bülbüloğlunu Rusiyaya səfir təyin etməsinin çox uğurlu seçim olduğunu bildirib: “Polad müəllimin, bir ziyalı və sənətkar kimi Rusiyada ciddi nüfuza sahib olması iki ölkə arasındakı münasibətlərdə çox mühüm məqamdır”.

OXŞAR XƏBƏRLƏR