Ferihanın anası geri dönür - FOTO

MAQAZİN
11:54 21.03.2012
3849

Vahide Gördüm xərçəng xəstəliyindən müalicə olunduqdan sonra, yenidən seriala qayıdır. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddət bundan öncə ağır xərçəng xəstəliyinə düçür olan “Adını Feriha Koydum” serialının tanınmış siması, aktrisa Vahide Gördüm yenidən seriala qayıdacağını bildirib. "Dərslərimə yenidən başlamışam. Mayın 1-də yenidən işimə davam edəcəm" deyən aktrisa, bu müddət ərzində serialın heç bir bölümünü qaçırmadığını söyləyib.

O, Ferihanın bundan sonrakı taleyi ilə bağlı jurnalistlərin suallarını cavabsız qoyub.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR