"FETÖ, Mənsimov və İbadoğlu üçbucağı təhlükəli məqsədlərə xidmət edə bilər" - Deputat

"FETÖ, Mənsimov və İbadoğlu üçbucağı təhlükəli məqsədlərə xidmət edə bilər" - Deputat
SİYASƏT
15:46 15.08.2023
2733
"FETÖ terror təşkilatı ənənəvi terror təşkilatlarından ciddi şəkildə fərqlənir. FETÖ terror təşkilatının hədəfi bir millətin siyasi şüurunu manipulyasiya etməyə xidmət edir. Bu isə çox təhlükəlidir. Məsələ ondandır ki, bu məqsədlərə nail olmaq üçün FETÖ terror təşkilatının müxtəlif fəaliyyət mexanizmləri var”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, FETÖ-nun Azərbaycan uzantılarına qarşı ciddi mübarizə aparılmalıdır:

"Cəmiyyətin siyasi şüuru manipulyasiya edərək, öz "müridlərini” ziyalı, islahatçı, yüksək təfəkkürlü insanlar kimi təqdim etməklə onları hakimiyyətə gətirmək məqsədi güdürlər. Onların ətrafında müəyyən güc formalaşdırmaq və bununla da milli dövləti yıxmaq istəyirlər. Ona görə düşünürəm ki, son günlər Azərbaycan mətbuatında müzakirə olunan FETÖ, Mənsimov və İbadoğlu üçbucağı təhlükəli məqsədlərə xidmət edə bilər. Bunlardan biri ciddi ideoloji manipulyator, ikincisi siyasətçi və islahatçı obrazı yaradaraq, Azərbaycan cəmiyyətinə təqdim olunan Qubad İbadoğlu, üçbucağın sonuncu həlqəsi təşkilatın maliyyə tərəfini təmin edən Mənsimov ola bilər. Ancaq bunlar bir ehtimaldır. Düşünürəm ki, Azərbaycan mətbuatında müzakirə olunan bu məsələlər xüsusi xidmət oraqanlarımız üçün bir mənbə rolunu oynamalıdır ki, məsələ istiqamətində araşdırma aparılsın. Azərbaycan cəmiyyətini qane edəcək, obyektiv məlumatlar verilsin. Bu iddialar yanlışdırsa da, cəmiyyətə bildirilsin”.

Deputat hesab edir ki, FETÖ terror təşkilatının milli dövlətlər üzərində hegemoniya qurmaq cəhdləri mövcuddur:

"Türkiyədə 15 iyul hadisələrində şahidi olduq ki, bu terror təşkilatı nə qədər qorxunc bir təşkilatdır. Cəmiyyəti necə asanlıqla manipulyasiya edə bilir. Qeyd etdiyim kimi, Azərbaycan uzantılarına qarşı ciddi mübarizə aparılmalıdır. Müvafiq qurumlarımız dərhal onları ifaş etməlidir. Azərbaycanın tarixi ədaləti bərpa etməsi bizim düşmənlərimizin xoşuna gəlmir. Sülh danışıqları ərəfəsində Azərbaycan hakimiyyəti üzərində təzyiq qurmaqla, onu zəiflətmə cəhdləri qəbuledilməzdir. Burada medianın da üzərinə böyük iş düşür ki, kimlərin bu məqsədlərə xidmət etdiyini Azərbaycan cəmiyyətinə çatdırıb, FETO ilə bağlı maarifləndirmə işləri aparsınlar”.
 
Gülay
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
22:25 06.11.2026
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
SEPAH ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb
22:15 06.11.2026
SEPAH ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
22:07 06.11.2026
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
Ağstafada zəhərlənlərin adları məlum oldu
21:59 06.11.2026
Ağstafada zəhərlənlərin adları məlum oldu
Fransa Polşadakı Jeşuv hava limanının hava hücumundan müdafiəsini öz üzərinə götürəcək
21:53 06.11.2026
Fransa Polşadakı Jeşuv hava limanının hava hücumundan müdafiəsini öz üzərinə götürəcək
Putinin fərmanına Yaponiyadan etiraz
21:43 06.11.2026
Putinin fərmanına Yaponiyadan etiraz
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
21:33 06.11.2026
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
21:27 06.11.2026
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
21:18 06.11.2026
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
21:13 06.11.2026
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
21:03 06.11.2026
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib