Fevralda neft hasilatı azaldılıb - OPEC ölkələri yeni qərar aldılar

Fevralda neft hasilatı azaldılıb - OPEC ölkələri yeni qərar aldılar
DÜNYA
17:33 01.03.2021
832

Bu ilin fevral ayında OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri üzrə gündəlik neft hasilatı orta hesabla 24,89 mln. barel təşkil edib.


Araşdırmaya əsasən, bu ilin yanvar ayı ilə müqayisədə fevralda gündəlik neft hasilatı orta hesabla 870 min barel azalıb.


"Bu, 2020-ci ilin iyunundan bəri ilk aylıq azalmadır", - məlumatda qeyd edilir.


Məlumatda vurğulanır ki, azalma əsasən Səudiyyə Ərəbistanın hesabına əldə olunub. Belə ki, araşdırmaya görə, fevralda ölkə gündəlik neft hasilatının 850 min barel azaldıb.

OXŞAR XƏBƏRLƏR