Fevralın 3-də hava necə olacaq?

Fevralın 3-də hava necə olacaq?
Bütün Xəbərlər
23:50 02.02.2012
1939
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah qar yağacağı, gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək, günün ikinci yarısında zəifləyəcək.Havanın temperaturu gecə 4-7 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında sabah qar yağacağı, gecə bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir. Gündüz qərb rayonlarında tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 4-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.Şaxtalı hava şəraitinin davam etməsi meteohəssas insanlar üçün əlverişsizdir.
OXŞAR XƏBƏRLƏR