FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı

FHN dəhşətli qəza ilə bağlı məlumat yaydı
Bütün Xəbərlər
19:20 29.09.2014
1582
4 nəfərin cəsədi maşından xüsusi alət və avadanlıqlar vasitəsilə çıxarılıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllı rayonunda toy karvanında baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.
AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonunun Qubaxəlilli kəndində (rayon mərkəzindən 33 km aralı) yol-nəqliyyat hadisəsi baş verib.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, “Mitsubishi” markalı minik avtomobilinin sürücüsü Firudin Ələsgər oğlu Əsgərov, 1 nəfər sərnişini və “Mercedes” markalı minik avtomobilində olan 2 nəfər qəza nəticəsində hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə qəza nəticəsində deformasiyaya uğramış minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR