FHN-dən dəhşətli yanğınla bağlı- AÇIQLAMA

FHN-dən dəhşətli yanğınla bağlı-  AÇIQLAMA
Bütün Xəbərlər
19:33 20.04.2015
714
Bakıda güclü yanğın baş verib.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, Yasamal rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR