AZXEBERM.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Chevrolet" və "Mercedes" markalı minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi və "Mercedes" markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1966-cı il təvəllüdlü Miryunis Miryusif oğlu Mahmudovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.











































