FHN Qobustanda 7 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb

FHN Qobustanda 7 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb
Bütün Xəbərlər
10:30 29.12.2013
661

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində 7 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

AZXEBER.COM FHN-in saytına istinadən xəbər verir ki, Qobustan rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomoili ilə digər vətəndaşa məxsus "VAZ” markalı minik avtomobili toqquşub.Nəticədə sürücü İ.T.Hacıəliyev və ona məxsus avtomobildə olan 4 nəfər sərnişin 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamran oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Kərim qızı, 1991-ci il təvəllüdlü Mədətov Valeh Emin oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat edib, 1 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.Digər avtomobilin sürücüsü N.Ə.Qasımov və ona məxsus avtomobildə olan 2 nəfər sərnişin Əliyev Güloğlan Balaxan oğlu və Bəndəliyev Rəhman Əmrah oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər. Hər iki avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər və yaralı yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib.Əməliyyat saat 16:20-də başa çatıb.

OXŞAR XƏBƏRLƏR