FHN: Ötən həftə 6 nəfərin meyiti tapılıb

FHN: Ötən həftə 6 nəfərin meyiti tapılıb
SOSİAL
10:57 24.08.2026
228
Azərbaycanda ötən həftə ərzində 682 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 3-ü azyaşlı olmaqla 36 nəfər xilas edilib, yanğınlar zamanı 3-ü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub. Bundan başqa, 3 nəfər xəsarət alıb, 6 nəfərin meyiti təhvil verilib.
OXŞAR XƏBƏRLƏR