FİFA AFFA-nı buna görə cərimələdi - FOTO

İDMAN
09:38 02.11.2021
191
FİFA-nın İntizam Komitəsi AFFA-nı cərimələyib.

AZXEBER.COM qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdiyi oyun zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Meydana daxil olan azarkeşlər milli assosiasiyanı 5000 İsveçrə frankı (təqribən 9269 AZN) məbləğində ziyana salıb.

Xatırladaq ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçirilən və qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatmış qarşılaşmanın sonlarına yaxın 4 azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Bruno Fernandeslə şəkil çəkdiriblər. Bundan başqa, matçın final fitindən sonra da meydana bir neçə azarkeş daxil olmuşdu.

FİFA-nın İntizam Komitəsi Serbiya Futbol İttifaqını da 35 000 İsveçrə frankı (64 883 AZN) məbləğində cərimələyib. Buna Serbiya millisinin evdə Lüksemburq və Azərbaycan yığmalarına qarşı keçirdiyi seçmə mərhələ oyunlarında yerli azarkeşlərin təhqiramiz şüarlar səsləndirməsi səbəb olub.
 

 


OXŞAR XƏBƏRLƏR