"Fiorentina" "Bazel"in hücumçusunu transfer edir

İDMAN
18:58 26.01.2022
220
İtaliyanın "Fiorentina" klubu İsveçrə "Bazel"ində çıxış edən edən Artur Kabralı heyətinə qatır.

Bu barədə tanınmış jurnalist Fabritsio Romano tviterdə bildirib.

Tərəflər 24 yaşıl hücumçunun keçidi üçün razılığa gəliblər. Braziliyalı forvardın transfer qiyməti bütün bonuslar nəzərə alınaraq 16 milyon avroya çata bilər.

Qeydb edək ki, Artur Kabral cari mövsüm "Bazel"in heyətində 31 oyuna çıxıb, 27 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İsveçrə təmsilçisi UEFA Konfrans Liqasının H qrupunda "Qarabağ"ın rəqibi olub. Kabral İsveçrədə "köhlən atlar"a 3:0 hesabı ilə qalib gəldikləri VI tur görüşündə dubl edib.

OXŞAR XƏBƏRLƏR