“Fitch”: İnkişaf etməkdə olan ölkələrdə bankların reytinqinə mənfi təzyiq qalmaqdadır

“Fitch”: İnkişaf etməkdə olan ölkələrdə bankların reytinqinə mənfi təzyiq qalmaqdadır
İQTİSADİYYAT
21:28 03.06.2021
573
İnkişaf etməkdə olan ölkələrdəki bankların təxminən yarısının reytinqləri üzrə proqnoz "mənfi” olaraq qalır.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Fitch” beynəlxalq reytinq agentliyinin yeni hesabatında deyilir.

Hesabatda hər regionda bankların perspektivi nəzərdən keçirilib və 52 əsas bank sektoru üzrə maliyyə göstəriciləri ətraflı şəkildə göstərilib.

Qeyd olunub ki, "mənfi” proqnoz pandemiya səbəbindən bankların aktivlərinin keyfiyyətinə olan təzyiqi, eləcə də keçən il müşahidə olunan iqtisadi tənəzzüllərin ertələnmiş təsirini əks etdirir.

"İnkişaf etməkdə olan bazarların əksəriyyətində qeyri-işlək kreditlərin göstəricisinin artımı yalnız mülayim olub, bəzi bazarlarda isə hətta azalma müşahidə olunub. Eyni zamanda 2020-ci ildə kredit keyfiyyətindəki pisləşmənin qarşısı tənzimləmə və borcalanlar üçün borc yükünün yüngülləşdirilməsi ilə müəyyən dərəcədə alınıb. Lakin bu tədbirlər ya keçən ilin sonu sona çatıb, ya da bu il sona çatır. Bu, inkişaf etməkdə olan ölkələrdəki banklardan alınan kreditlərin keyfiyyəti üzərində davamlı təzyiqlərə səbəb ola bilər”, - hesabat müəllifləri hesab edirlər.

Bəzi hallarda "mənfi” proqnoz müəyyən inkişaf etməkdə olan ölkələrin və ana bankların reytinqləri üzrə proqnozu əks etdirir. 2020-ci ilin birinci yarısının sonundan bəri "Fitch” inkişaf etməkdə olan bazarlarda bankların reytinqlərini 8% aşağı salıb. 8% bankda isə eyni dövr üçün reytinq üzrə proqnozlar "mənfi”yə dəyişdirilib.

Hesabatda qeyd edildiyi kimi, "mənfi” proqnozların payı xüsusilə Latın Amerikasında (bank reytinqlərinin 80%-i), Yaxın Şərqdə və Afrikada yüksəkdir. Asiyada (Hindistan istisna olmaqla) və MDB-də (Belarus və Ermənistan istisna olmaqla) əhəmiyyətli kapital və likvidlik ehtiyatları, reytinqlər üzrə möhkəmlik dərəcəsi və dövlət dəstəyi sayəsində "sabit” proqnozlar üstünlük təşkil edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
09:25 09.11.2026
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
09:17 09.11.2026
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
09:07 09.11.2026
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
08:58 09.11.2026
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
08:44 09.11.2026
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
08:36 09.11.2026
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
08:30 09.11.2026
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
08:24 09.11.2026
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
08:17 09.11.2026
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
08:03 09.11.2026
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
07:54 09.11.2026
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
07:00 09.11.2026
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
06:48 09.11.2026
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
06:36 09.11.2026
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
06:23 09.11.2026
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
06:13 09.11.2026
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub