Fitrə zəkatı necə verilir?

Fitrə zəkatı necə verilir?
SOSİAL
22:52 01.06.2019
9595
Fitrə zəkatı ramazan ayının başa çatması münasibətilə ödənilən zəkatdır. Şafii, hənbəli və maliki məzhəblərinə görə, fitrə zəkatını vermək fərzdir, hənəfi məzhəbində isə vacib sayılır (fərz deyil). Cəfəri məzhəbinə görə, imkanı çatan hər bir müsəlmanın özü və öhdəsində olan kəslər üçün fitrə zəkatı verməsi vacibdir (cəfəri məzhəbindəki vacib əhli-sünnə məzhəbindəki fərzin hökmünü daşıyır). Fitrə zəkatının vacibliyini Həzrət Mühəmməd Peyğəmbər (s) hicri 2-ci ildə, ramazan ayının sonunda söylədiyi xütbə vasitəsilə müsəlmanlara elan etmişdir.
 
AZXEBER.COM islam.az-a istinadən bildirir ki, İslam müqəddəslərindən rəvayət olunmuş hədislərdə fitrə zəkatının verilməsinə çox təkid edilmişdir. Məsələn, İmam Cəfər Sadiq (ə) buyurub: "Orucluq qurtaranda fitrə zəkatı vermək lazımdır; necə ki namazı qurtaranda Peyğəmbərə salavat demək lazımdır. Hər kim ramazan orucunu qurtarandan sonra qəsdən fitrə zəkatı verməsə, orucu qəbul olmaz. Necə ki, namazın axırında peyğəmbərə salavat göndərməyən adamın namazı qəbul olmaz". Həmçinin, İmam Sadiqlən (ə) rəvayət edilmiş başqa bir hədisdə deyilir: "Hər kim orucunu yaxşı söz və yaxşı əməllə başa vursa, Allah onun orucunu qəbul edər". Soruşdular: "Yaxşı söz və yaxşı əməl hansıdır?". İmam cavab verdi: "Yaxşı söz - kəlmeyi-şəhadət, yaxşı əməl - fitrə verməkdir".

Cəfəri məzhəbi baxımından, fitrə zəkatının əsas hökmləri bundan ibarətdir:
Fitrə zəkatını ramazanın son günündə, məğrib azanından sonra ayırmaq və Fitr bayramı günü bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırmaq müstəhəbdir. Əgər bu mümkün olmazsa, bayram namazı qılınandan sonra mümkün olan ən qısa vaxt ərzində ödənməlidir. Ev sahibi özü üçün və dolanışığı onun öhdəsində olan şəxslər üçün (yaşından asılı olmayaraq) fitrə zəkatı ayırıb ödəməlidir. Fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına bir sa, yəni 3 kq olmaqla hesablanır: buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı. Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verilə bilər. Fitrə zəkatı maddi vəziyyəti çətin olan adamlara (fəqirlərə) verilməlidir. Hər kəs öz kasıb qohumuna ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Cəfəri məzhəbinə görə, ramazanın sonuncu günündə, iftar vaxtı gəlmiş qonağın fitrə zəkatı da ev sahibinin boynundadır. Maddi durumu həddən artıq pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddırlar.

Əhli-sünnə məzhəblərinə görə, fitrə zəkatı fərz yox, vacibdir. Hənəfi məzhəbinə görə, bir şəxsin özünün və ailəsinin ehtiyacından artıq qalan əmlakı nisab həddinə çatsa, öhdəsinə fitrə zəkatı düşür.

Şafii məzhəbinə görə, ramazan ayının ilk günündən etibarən fitrə zəkatını vermək caizdir. Fitr bayramı günü sübh namazı ilə bayram namazı arasındakı vaxt ərzində verilməsi sünnətdir, üzrsüz olaraq bayram namazından sonraya saxlanması məkruh, üzrsüz olaraq bayram günü məğribdən sonraya saxlanması haramdır.

Əhli-sünnə məzhəblərinin hamısında fitrə zəkatı adi zəkatda müəyyən edilmiş 8 təbəqəyə verilə bilər. Malikilər fitrə verilən şəxsin seyyid olmamasını lazım bilirlər.

Fitr zəkatının miqdarına gəlincə, əhli-sünnə məzhəblərində bütün ərzaq növləri üçün adambaşına bir sa, yəni 3 kq ölçü qoyulub. Yalnız hənəfi məzhəbində fitrə zəkatının miqdarı buğda üçün adambaşına yarım sa (təqribən 1,5 kq) müəyyən edilib; qalan ərzaq növləri üçün ölçü 3 kq-dır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı