Flora Kərimovanın son durumu açıqlandı

Flora Kərimovanın son durumu açıqlandı
MƏDƏNİYYƏT
18:14 14.06.2026
495
Xalq artisti Flora Kərimovanın səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Musavat.com-a sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.

O bildirib ki, hazırda müğənninin vəziyyəti yaxşıdır:

"Flora xanımın vəziyyəti yaxşıdır. Qızı Londondan gəlib, xəstəxanada onun yanındadır. Səhhətində hər hansı narahatlıq yoxdur”.

Y. İmanovanın sözlərinə görə, Xalq artistinin sabah xəstəxanadan evə buraxılması gözlənilir.

Qeyd edək ki, Flora Kərimova bir neçə gündür xəstəxanada müalicə alır. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Köməkçisinin sözlərinə görə, sənətkarın ürək və beyinlə bağlı sağlamlıq problemləri mövcuddur.
OXŞAR XƏBƏRLƏR