"Flydubai"in pilotu 2001-ci il 11 sentyabr hücumlarını təkrarlamaq istədiyini deyib

"Flydubai"in pilotu 2001-ci il 11 sentyabr hücumlarını təkrarlamaq istədiyini deyib
DÜNYA
21:21 09.10.2026
154
İsrailə gedən təyyarəni qaçırmağa cəhd edən "Flydubai" təyyarəsinin ikinci pilotu 2001-ci il sentyabrın 11-də ABŞ-də baş verən terror aktlarını təkrarlamağı planlaşdırıb.

Bu barədə BƏƏ-nin baş prokuroru Həməd Saif əl-Şəmsi bildirib.

"Ekstremist materialların təsiri onun zorakılığa və terrorizmə çağıran ideyalarla "silahlanmasına" səbəb olub və 2001-ci il 11 sentyabr terror hücumlarından ilhamlanıb. O, təyyarədən istifadə edərək oxşar hücum həyata keçirmək fikrinə düşüb və bu məqsədlə pilot olub .

Müstəntiqlərin sözlərinə görə, 29 yaşlı Oman vətəndaşı 2017-ci ildə Avstraliyada təhsil alarkən radikalizmə meyl etməyə başlayıb. O, məqsədyönlü şəkildə aviasiya sahəsində karyera qurmağa çalışıb və 30 sentyabrda planını həyata keçirməyə cəhd etməzdən əvvəl marşrutu öyrənmək üçün Təl-Əvivə iki dəfə uçuş edib.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR