Bakının əsas yollarının birində hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, 24-26 sentyabr tarixlərində Bakıda keçiriləcək Formula 1 Qran Prisi ilə əlaqədar olaraq artıq bəzi yollarda hərəkətin təşkilində dəyişikliklərə başlanılıb. Belə ki, Neftçilər prospekti ilə Niyazi küçəsinin birləşməsində olan dairəyə giriş müvəqqəti olaraq ləğv edilib.
Nəqliyyatın hərəkətində ləngimələrin və sıxlığın qarşısının alınması, fasiləsiz hərəkətin təşkili məqsədilə Yol Patrul Xidmətinin əməkdaşları ərazidə gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.











































