“Fotojurnalistikaya Dəstək Proqramı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi - FOTO / VİDEO

“Fotojurnalistikaya Dəstək Proqramı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi - FOTO / VİDEO
SOSİAL
13:50 15.02.2025
858
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində "Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində keçirilən layihənin qaliblərinin mükafatlandırma mərasimi baş tutub.

AZXEBER.COM xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, BDU, Mətbuat Şurası və "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən "Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində baş tutub.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və digər şəxslərin iştirak etdiyi tədbirdə sözügedən müsabiqənin qalibləri açıqlanıb. Müsabiqədə qalib seçilən BDU-nun Jurnalistika fakültəsinin tələbələri Nəzri Süleymanova və Aytən Babaşova diplom və pul mükafatı ilə təltif edilib.

Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, bu müsabiqə təlimlərdə iştirak edib, sertifikat alan gənc fotojurnalistlər arasında keçirilib.

Qeyd edək ki, "Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində keçirilən dördgünlük təlimlər BDU-da baş tutub. Sertifikatların təqdimetmə mərasimi isə Mətbuat Şurasında keçirilib.

Təlimlərdə BDU-nin Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, fotojurnalistika üzrə mütəxəssis Mirakif Babayev, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü Vüqar İbadov, BDU Jurnalistika fakültəsinin müəllimi Aygün Qurbanlı, "Anadolu” agentliyinin foto müxbiri Ruslan Rəhimov və Rəsul Rəhimov, "Reuters” agentliyinin əməkdaşı Əziz Elxanoğlu öz təcrübələrini gənc fotojurnalistlərlə bölüşüblər.

Xatırladaq ki, bu təlimlər, Azərbaycanda gənc fotojurnalistlərin və bu sahədə çalışmaq istəyən tələbələrin yaradıcılıqlarını inkişaf etdirmək və kommersiyalaşdırmaq üçün imkanlar yaratmaq məqsədi güdür. Layihə, fotojurnalistlərin və tələbələrin işlərini rəqəmsal platformalarda yaymaq və satmaq üçün imkanlar yaratmaq, həmçinin yerli və beynəlxalq əməkdaşlıqları təşviq etməkdədir.

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bürokratik əngəllər, məsələlərin uzadılması Azərbaycanın üsuli-idarəsi deyil"
22:51 11.08.2026
"Bürokratik əngəllər, məsələlərin uzadılması Azərbaycanın üsuli-idarəsi deyil"
"Bu gün mənə verilən məlumat və təqdimat çox vacib idi" - Ölkə başçısı
22:49 11.08.2026
"Bu gün mənə verilən məlumat və təqdimat çox vacib idi" - Ölkə başçısı
"Bu barədə çox danışmaq istəmirəm" - Prezident
22:43 11.08.2026
"Bu barədə çox danışmaq istəmirəm" - Prezident
"Naxçıvan Azərbaycan xalqına Ulu Öndəri bəxş edib" - İlham Əliyev
22:42 11.08.2026
"Naxçıvan Azərbaycan xalqına Ulu Öndəri bəxş edib" - İlham Əliyev
"İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin" - Prezident
22:39 11.08.2026
"İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin" - Prezident
İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi - FOTOLAR
22:38 11.08.2026
İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi - FOTOLAR
"Naxçıvanın təhlükəsizliyi birinci şərtdir" - Dövlət başçısı
22:35 11.08.2026
"Naxçıvanın təhlükəsizliyi birinci şərtdir" - Dövlət başçısı
Prezident sosial evlər kompleksinin təməlini qoydu - FOTOLAR
22:30 11.08.2026
Prezident sosial evlər kompleksinin təməlini qoydu - FOTOLAR
Avqustda hansı bürclərin bəxti gətirəcək?
22:22 11.08.2026
Avqustda hansı bürclərin bəxti gətirəcək?
Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - FOTOLAR
22:12 11.08.2026
Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - FOTOLAR
“Sabah” tarix yazdı - Masazır təmsilçisi Çempionlar Liqasının pley-offunda
22:00 11.08.2026
“Sabah” tarix yazdı - Masazır təmsilçisi Çempionlar Liqasının pley-offunda
Möminə xatun türbəsində aparılan işlərlə tanışlıq - FOTOLAR
21:58 11.08.2026
Möminə xatun türbəsində aparılan işlərlə tanışlıq - FOTOLAR
Prezident və birinci xanım Naxçıvanın Baş Planı ilə tanış oldular - FOTO
21:50 11.08.2026
Prezident və birinci xanım Naxçıvanın Baş Planı ilə tanış oldular - FOTO
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO
21:46 11.08.2026
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO
Hansı ali məktəblərdə təhsil haqları artıb və ya azalıb? - VİDEO
21:44 11.08.2026
Hansı ali məktəblərdə təhsil haqları artıb və ya azalıb? - VİDEO
Prezidentlə xanımı komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində - FOTOLAR
21:32 11.08.2026
Prezidentlə xanımı komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində - FOTOLAR