Prokuror ona 7 il iş istəyirFransanın Nits şəhərində erməni mafioz klanının işi üzrə məhkəmə proses gedir.Lent.az-ın «Novosti Armenii – NEWS.am»-a istinadən məlumatına görə, ittihamçı klanın ehtimal olunan liderinin 7 il azadlıqdan məhrum edilməsi tələb edib.O, «saxta valyutanı dövriyyə buraxmaqda» və «insan alverində» («sutnyolrluqda») ittiham olunur.Mənbənin bildirdiyinə əsasən, artıq bir həftədir Nitsin islah məhkəməsində 16 erməni və iki italiyalının məhkəmə prosesi gedir. Onlar da bir sıra ittihamlar, o cümlədən «çirkli pulların yuyulması», «cinayətkar sövdələşmə», «zorakılıq», «narkotik maddələrin qanunsuz satışı» kimi ittihamlarla mühakimə olunurlar.İttiham olunanların demək olar ki, hamısı işsizdir. Prokuror onlara Fransanın tərk etməyi yasaqlayıb. Məhkəmə bu həftənin cümə günü hökm çıxaracaq.Bu cinayətkar dəstəyə güləş üzrə keçmiş çempion 49 yaşlı Mirdat Asatryan başçılıq edir. Məlumata əsasən, o, Ermənistanda doğulub. O, bütün ittihamları inkar edib. Mirdat Asatryan sadə idmançı, ticarətdə əli gətirməyən bir şanssız olduğunu, Nitsada adi bir evdə yaşadığını söyləyib. Dedikləri isə məhkəmə zalında oturanların gülüşünə səbəb olub.Prokuror qeyd edib ki, o, Fransanın Paris,Marsel, Starsburq, Lion şəhərlərində, habelə Yunanıstan, İsveçerə və İspaniyadakı erməni icmasının daxili mübahisələrinin həlli üçün çağrılırmış.