Fransada yeni isti hava dalğasının təsiri ilə əlaqədar ölkənin 21 bölgəsində narıncı səviyyəli meteoroloji xəbərdarlıq elan edilib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın milli meteorologiya xidməti Meteo-France məlumat yayıb.
Məlumata görə, narıncı xəbərdarlıq əsasən ölkənin cənub hissəsində yerləşən 21 bölgəyə, o cümlədən meşə yanğınlarının davam etdiyi Gironde və Landes bölgələrinə şamil olunub.
Bununla yanaşı, daha 29 bölgədə yüksək meşə yanğını riski ilə bağlı xəbərdarlıq qüvvədədir. Moselle və Meurthe-et-Moselle bölgələrində isə yanğın təhlükəsinin "çox yüksək" səviyyədə olduğu bildirilib.
Səlahiyyətli qurumlar vətəndaşlara zəruri hallar istisna olmaqla günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı, bol maye qəbul etməyi və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyi tövsiyə ediblər.
Gülay










































