''Fransanın Azərbaycandan öyrənəcəyi çox şeylər var''

Bütün Xəbərlər
15:04 05.10.2012
1040
“Bakıda keçirilən II Bakı beynəlxalq Humanitar forumunda dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin dəvət olunması və onların xüsusən də çoxmədəniyyətliliyi müzakirə etməsi təqdirəlayiqdir”.AZXEBER.COM-un məlumatına görə, bu barədə forumun iştirakçısı olan Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci ərazisinin meri Rəşidə Dati Milli Məclisdə keçirdiyi mətbuat konfransında bildirib.O qeyd edib ki, bu forum iştirakçı dövlətlər üçün də bir fürsətdir: “Mənim birbaşa aid olduğum çoxmədəniyyətlliik forum çərçivəsində geniş müzakirə olundu. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə böyük təcrübəsi var və iştirakçı ölkələrin nümayəndələri bu praktikadan böyük məmnuniyyətlə yararlanırlar. Avropada, xüsusən də Fransada adətən dərs verməyi öyrəniblər, amma bu forumdan, xüsusən də Azərbaycandan onların çoxmədəniyyətlilik sahəsində öyrənəcəyi çox şeylər var”.
OXŞAR XƏBƏRLƏR