"Free us from landmines” Beynəlxalq Gənclər Konfransı keçirildi - FOTOLAR

"Free us from landmines” Beynəlxalq Gənclər Konfransı keçirildi - FOTOLAR
SOSİAL
19:30 11.06.2021
441
"Free us from landmines” Beynəlxalq Gənclər Azərbaycan Respublikasının Gənclər Fondu və ADA Universitetinin birgə təşkilatçılığı ilə 11 iyun tarixində "Bizi minalardan xilas edin” (Free us from landmines) adlı beynəlxalq gənclər konfransı keçirilib. Konfransın əsas mövzusu işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən yerləşdirilmiş minalara dair xəritələrin bu günə qədər Azərbaycana təqdim edilməməsi və bunun davamlı olaraq insan tələfatına səbəb olması idi.  

Konfransda ilk öncə ötən həftə öz peşə vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olan jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov daxil olmaqla bütün mina qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, AR Xarici İşlər Nazirliyinin idarə rəisi Cəfər Hüseynzadə, ANAMA təşkilatının şöbə müdiri Elnur Qasımov, tanınmış sosial bloqer Adnan Hüseyn, Türkiyə Gənclər Fondunun rəhbəri Enes Eminoğlu və xarici ölkələrdən olan digər natiqlər öz çıxışlarında Ermənistanın beynəlxalq səviyyədə hərbi cinayət kimi qəbul edilən mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsini pisləyərək, gələcək təhlükəsizliyin təmin edilməsi, məcburi köçkün vətəndaşlarımızı öz torpaqlarına qayıtması və işğaldan azad edilmiş torpaqlarımızın bərpa işlərinin aparılması mövzularını müzakirə ediblər. 
Natiqlər çıxışlarında post-münaqişə dövründə sosial şəbəkələrdə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırmaqda fəal olmağın vacibliyini vurğulayıb, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları klişe bəyanatlar verməkdən çəkinməyə və Ermənistanın bu hərbi cinayətini açıq şəkildə qınamağa və mina xəritələrini dərhal və qeyd-şərtsiz Azərbaycana təhvil verilməsini tələb etməyə çağırıblar.
 
Konfrans iştirakçılarının Ermənistanın bu əməllərinə görə beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsi, ərazilərin minalardan təmizlənməsi üzrə beynəlxalq əməkdaşlıq, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin oynaya biləcəyi rol və s. qəbildən olan çoxsaylı sualları panelistlər tərəfindən ətraflı cavablandırılıb.
 
Azərbaycanın aparıcı gənclər təşkilatları, beynəlxalq gənclər təşkilatlarının yerli nümayəndəlikləri, azərbaycanlı və xarici tələbələr və eləcə də xarici ölkələrin bir sıra gənclər təşkilatlarının nümayəndələrinin də canlı və onlayn şəkildə qatıldıqları konfransda Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirilib, Ermənistanın regionda sülhə əngəl törədən əməllərindən çəkinməsi üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.
 
Hibrid şəkildə təşkil edilən tədbirə Azərbaycandan və xarici ölkələrdən ümumilikdə 300-dən çox iştirakçı qatılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
00:08 11.10.2026
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
00:02 11.10.2026
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
23:59 10.10.2026
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
23:53 10.10.2026
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
23:42 10.10.2026
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
Azərbaycanlı gənc Polşada vəfat etdi
23:31 10.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Ronaldo millidən uzaqlaşdırılıb
23:23 10.10.2026
Ronaldo millidən uzaqlaşdırılıb
"Qoyulan stend boğazımı çürütdü" - Kömək istədi
23:10 10.10.2026
"Qoyulan stend boğazımı çürütdü" - Kömək istədi