Fuad Muradov: “Bizdə də alternativ enerjinin stimullaşdırmasıyla bağlı qanun olmalıdır”

Fuad Muradov: “Bizdə də alternativ enerjinin stimullaşdırmasıyla bağlı qanun olmalıdır”
Bütün Xəbərlər
14:14 24.08.2011
1807
Milli Məclisin deputatı, AVRONEST-in komitə sədri Fuad Muradov bu günlərdə İslandiyadan qayıdıb. Səfər təəssüratlarını saytımıza danışan deputat bildirib ki, üzun müddətdir ki, Avropada alternativ enerji və bərpa olunan enerji ilə bağlı müzakirələr, bunun tətbiqinin sürətlənməsi müzakirə olunur: “Prezident İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə alternativ enerji ilə bağlı dövlət qurumu yaradıldı. Bu da dövlət başçısı səviyyəsində Azərbaycanın həmin sahəyə marağı ilə bağlıdır. Bütün bunları nəzərə alaraq biz İslandiyada olduq. Nümayəndə heyətinə Azərbaycandan tanınmış şəxslər daxil idi. Almaniyada bu işlə məşğul olan, uzun müddət Almaniyada bu işi həyata keçirən bir azərbaycanlı professor da nümayəndə heyətinə daxil idi. İslandiyada demək olar ki, hər gün görüşlərimiz oldu. Bu ölkənin Enerji Nazirliyində görüşümüz oldu, enerjipaylayıcı qurumların nümayəndələri ilə görüşdük. Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Energetika və Sənaye Nazirliyində görüşlərimiz baş tutdu. Biz İslandiyanın bu məsələdə Avropada gözəl nümünə olduğunu bilirik. Onun bütün enerji təchizatının 80 faizi məhz geotermal enerji ilə təmin olunur. Buna cəmi 30-40 ildi başlayıblar”.- İslandiyanın Avropada məhşur balıq istehsalçısı kimi tanındığını deyən deputat bildirib ki, islandlar 30-40 il bundan öncə çox balıqdan asılılığın azaltmaq gərək olduğunu qarşıya məqsəd qoyublar. - Fuad müəllim, Azərbaycanın bu istiqamətdə hansı addımları atması gözlənilir?- Azərbaycan üçün bu gün aktual olmasa da, amma yaxın gələcəkdə Dövlət Neft Şirkətiylə bu istiqamətdə sıx işləyəcəyik. Milli Məclisin Ekologiya, Təbii Ehtiyatlar və Enerji Komitəsində bununla bağlı təkliflər hazırlanıb. Bizdə də alternativ enerjinin stimullaşdırmasıyla bağlı qanun olmalıdır. - Deməli Almaniya İslandiyadan sonra ikinci dövlətdir ki, bunun tətbiqini genişləndirməyə çalışır?- Bizə xəritə verdilər, dunyada bölünmə prosesi necə gedir. Bəzi ölkələrdə yerin təkində 140-150-dərəcə temperatur yoxdu, 140-100 var amma buna baxmayaraq onu da istifadə edirlər.- İslandiya parlamentində Qarabağ məsələsi də müzakirə olunub? - İslandiya parlamentində Qarabağ məsələsi müzakirə olundu. Etiraf etməliyik ki, İslandiya Azərbaycanı, eyni zamanda Azərbaycan İslandiyanı çox yaxşı tanımır. Çünki biz biri-birimizdən çox uzaqda yaşayırıq. İslandiya Avropa Şurasında təmsil olunur və sentyabr ayında İslandiyadan nümayəndə heyəti Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunmasına dəvət olunublar. Onlarla görüşüm oldu. İslandiya heç zaman heç bir ölkə ilə münaqişədə olmayıb və onun üçün bu məsələlər çox uzaqdı. Mən onlara Avropa Parlamentinin qətnaməsini, Almaniya, İtaliya parlamentinin qətnaməsini təqdim etdim. Dedim belə məsələlər var gündəmdə, onlar dedilər ki, biz Avropa Şurasından eşitmişik ki, belə bir problemlər mövcüddür, amma məsələdən dərindən məlumatımız yoxdur. Onlara məsələ ilə bağlı geniş məlumat verdik, Heydər Əliyev Fondunun çap elədiyi əyani vəsaitləri onlara təqdim etdik. - Azərbaycanda bu işlə maraqlananlar varmı? - Bizim nef sənayesində, qazma işlərində neft və qazın çıxarılmasında çox yaxşı mütəxəsislərimiz var. Proseslər təxminən bir-birinə oxşardır. Bizdə termodinamik prosesləri bilən mütəxəsilər var. Geologiya İnstitutu fəaliyyət göstərir, sovet vaxtında bu məsələ bizdə çox dərindən öyrənilib. Əslində bizdə vaxtilə belə quyular qazılıb. Amma sovet rejimi asan işi qoyub başqa işlərə getməzdi.- Bilmədinız ki, 30 min əhalisi olan şəhəri enerji ilə təmin eləmək üçün nə qədər vəsait sərf ediblər?- Onların hesablamalarına görə, bütün proses 80 milyon avroya başa gəlib. Amma onlarda orta bir ailə ildə istiliyə görə Azərbaycan manatına çevirsək, cəmi 500 manat verirlər. Almaniyaya bununla bağlı mütəxəsislər İslandiyadan dəvət olunurlar. Çünki dünyada bununla bağlı mütəxəsislər İslandiyadadı. Mən hesab edirəm ki, Azərbaycanda bu sahədə kifayət qədər mütəxəsis var və düşünürəm ki, onları bu işə mütləq cəlb eləmək lazımdır. /// ucnnoqta.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
19:58 18.08.2025
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
19:55 18.08.2025
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
"Beşiktaş" futbolçusunu icarəyə verib
19:46 18.08.2025
"Beşiktaş" futbolçusunu icarəyə verib
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
19:34 18.08.2025
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
19:26 18.08.2025
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
19:13 18.08.2025
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
19:02 18.08.2025
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
19:00 18.08.2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
İngiltərə klubu yeni hücumçu transfer edib
18:39 18.08.2025
İngiltərə klubu yeni hücumçu transfer edib
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
18:29 18.08.2025
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
18:24 18.08.2025
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
18:14 18.08.2025
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
17:54 18.08.2025
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
17:51 18.08.2025
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
17:49 18.08.2025
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"
17:44 18.08.2025
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"