Fuad Muradov Emin Hüseynova cavab verdi - AÇIQLAMA

MƏDƏNİYYƏT
14:35 23.04.2013
2803

Xəbər verdiyimiz kimi, bu gün Cəmil Quliyev İTV-nin yeni baş direktoru seçilib. Seçim zamanı direktorluğa namizəd olan Emin Hüseynov isə nəticələrə etiraz edib. O, 2 gün ərzində seçki təyin etməyin düzgün olmadığını, həmçinin bəzi mətbuat orqanlarında cümə günü namizədlərin qəbulu yekunlaşandan sonra Cəmil Quliyevin artıq rəhbər təyin olunduğu barədə xəbərlərin yayılmasını deyib. RATİ sədri yaxın günlərdə səsverməylə bağlı məhkəməyə müraciət edəcəyini deyib.

AZXEBER.COM məsələ ilə bağlı İTV Yayım Şurasının üzvü, millət vəkili Fuad Muradovun münasibətini öyrənib. Milli Məclisin deputatı portalımıza verdiyi açıqlamada seçkilərdə heç bir qanunsuzluğun olmadığını deyib: “Azərbaycan demokratik bir ölkədir, istənilən məsələ ilə bağlı məhkəməyə müraciət edilə bilər. Bu məsələyə gəlincə, İctimai Televiziya Yayım Şurası müstəqil insanlardan ibarət olan bir şuradır və burada bütün qərarlar bircə düşünülərək dəyişdirilir. İctimai Televeziyaya baş direktor seçilməsi isə gizli yolla həyata keçirildi. Biz bütün seçkini qanunauyğun həyata keçirmişik. Kim prosesdən narazıdırsa, məhkəməyə müraciət etmək ixtiyarı var. Seçkini harada, necə keçirməyə gəlincə isə, bunu bizim yayım şuramız həyata keçirir ki, biz də öz namizədliyini irəli sürmüş 4 namizəd arasından birini seçdik. Çünki gözləməyi lazım bilmədik.”

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR