Fuad Muradov: “Xankəndi aeroportunu açılması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə ciddi problemlər yaradacaq” Müsahibimiz millət vəkili Fuad Muradovdur - Fuad müəllim, Beynəlxalq birliyin çağırışlarına, tələblərinə baxmayaraq Ermənistan hələ də Xankəndi aeroportunu açacağı barədə bəyanatlar verir. Bu bəyanatların səslənməsi onu deməyə əsas verirmi ki, S.Sarksiyan rejimi dünya birliyinə qarşıdır? - Bir müddət öncə də Ermənistan tərəfindən Xankəndi aeroportunu açacağı barədə məlumatlar səsləndirilib. Beynəlxalq Mülki Aviasiya Təşkilatda Xankəndi aeroportunu açılması ilə bağlı öz mövqeyini bildirdi ki, bu yalnız Azərbaycanla razılığa gələndən sonra baş tuta bilər. Buna baxmayaraq, hər zaman olduğu kimi, bu dəfə də Ermənistan və onun havadarları beynəlxalq təşkilatların fikirlərinə və mövqelərinə biganə saymamazlıqla yanaşırlar. Demək olar ki, artıq Ermənistan beynəlxalq təşkilatların mövqeyinə ehtiyac duymur. Təəssüflər olsun ki, Ermənistan tərəfi beynəlxalq təşkilatların fikir və rəylərinə məhəl qoymur. Eyni zamanda insanların təhlükəsizlik haqqında da düşünməyərək bu addımı atmaq niyyətindədir. Təmsil olunduğumuz beynəlxalq təşkilatların bu məsələni kəskin qoymalıyıq və bundan sonra hər hansı bir hadisə baş verərsə bu artıq Ermənistanın üzərinə düşən bir məsuliyyət olacaq. - Azərbaycan icazə olmadan hava məkanında uçuşlar həyata keçirilərsə və Azərbaycan təyyarənin məhvini həyata keçirərsə, bu halda dünya birliyinin buna reaksiyası necə ola bilər? - Təbii ki, bütün diplomatik vasitələrdən istifadə edərək beynəlxalq təşkilatların bu mövqeyə gəlməsinə çalışacayıq ki, bu uçuşlar baş tutmasın. Əgər Xankəndi aeroportunu açılması məsələsi reallaşarsa onda təbii olaraq da Azərbaycan dövlətini haqqı və hüququ çatır ki, bu məsələ ilə bağlı müvafiq sərt addımlar həyata keçirsin. Əlbəttə Azərbaycan tərəfi istəməz ki, bu məsələ bu cür inkişaf etsin. Amma Ermənistan bizə heç bir çıxış qoymayan zaman təbii ki, Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycanın müstəqil dövlət olaraq haqqı-hüququ istifadəsini təmin edəcəyik. Atətən beynəlxalq birlikdə müxtəlif yanaşmlar olur. Bir sözlə, beynəlxalq birlik Ermənistanın bu istəyindən geri çəkməlidirlər. Demək olar ki, Xankəndi aeroportunu açılması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə ciddi problemlər yaradacaq. /// SIA