AZXEBER.COM xəbər verir ki, məktubda deyilir:
Zati-aliləri cənab Prezident.
Azərbaycanın şanlı Vətən müharibəsində əldə etdiyi böyük nailiyyətlər nəticəsində Vətən torpaqlarının azad edilməsi tarixə müstəsna bir Qələbə kimi daxil olub. Bu şanlı Zəfər təkcə Azərbaycan xalqı üçün deyil, eyni zamanda, bütün türk dünyası üçün qürur və sevinc mənbəyidir.
Dost və qardaş ölkələrimiz arasındakı əlaqələrin "Bir millət, iki dövlət” şüarı ilə bütün sahələrdə daha da möhkəmlənəcəyinə inamım qətidir. Əminəm ki, yüksələn Türkiyə və Azərbaycan öz bölgələrində sülh, sabitlik, inkişaf və rifahın təmin edilməsində ən fəal ölkələr kimi səylərini davam etdirəcəklər.
Zati-aliləri, bu bayramlar münasibətilə Sizə ən xoş arzularımı çatdırıram.











































