Füzuli Musayev: “Məni dörd nəfər döysə idi ağlamazdım amma o an ağladım” - MÜSAHİBƏ

Füzuli Musayev: “Məni dörd nəfər döysə idi ağlamazdım amma o an ağladım” - MÜSAHİBƏ
GƏNCLİK
16:57 25.10.2011
11524

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.

Festivalla bağlı AZXEBER.COM portalı Azərbaycan Taekvondo Federasiyasının I Vitse – Prezidenti, polkovnik Füzuli Musayevin fikirlərini öyrənib.

"O gənclik ki, “Xarı bülbül”lə böyüyüb o vətənini və torpağını mütləq tanıyacaq və onu sevəcək".

"Erməni kimdir ki, biz onunla mübarizə etmədən gedək özümüzü öldürək?".

"Diktor Qazaxıstan idmançısı Fizuli Musayev kürsüyə buyursun dedi".

"İdmançı üçün ən böyük vətənpərvərlik qalibiyyətdən sonra tökülən göz yaşlarıdır".

- Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı keçirilir.Bu festivala münasibətiniz?

Vətənpərvərlik mənim düşüncəmlə, daha böyük mənaları özündə daşıyan bir mənəvi yükə malikdir. Gənclərimizlə bağlı yeni bu cür böyük bir festivalın keçirilməsi çox təqdirəlaiq bir haldır. Qonşu ölkələrdə vətənpərvərlik anlayışlarına diqqətlə baxsanız görərsiniz ki, Türkiyədə hər ailənin evində bayraq asılıb. Eynilə Rusiyada hər hansı bir qələbə zamanı bayraqlar küçələrə çıxardılır. Bizdədə bu ənənələrdavam etdirilir.

Deyillər ki, vətən üçün ölmək ona ən böyük xidmətdir. Siz necə düşünürsünüz vətən üçün ölmək lazımdır yoxsa ...?

O sözlər pafoslu sözlərdir. Mən bu cür pafoslu, təşkilati sözləri sevmirəm. Onsuzda əcəlin harada gəldi sən orada öləcəksən. Ölmək yox, vətən üçün yaşamaq lazımdır. Niyə ölmək axı? Qoy bizi istəməyənlər ölsün. Erməni kimdir ki, biz onunla mübarizə etmədən gedək özümüzü öldürək? Bu cür düşüncələri ümumiyyətlə beyinlərdən silmək lazımdır. Çünki vətən üçün yaşamaq onu qorumaq lazımdır. Hazırda bir çox gənclərimiz var ki, Azərbaycanı xaricdə təmsil edirlər. O gənclik ki, “Xarı bülbül”lə böyüyüb o vətənini və torpağını mütləq tanıyacaq və onu sevəcək.

Bəs bir idmançı üçün vətənpərvərlik nədir?

Bir idmançı üçün vətənpərvərlik, ölkəsinin bayrağının hər zaman yüksəklərdə olmasıdır.Əvvəllər, Azərbaycan SSRİ-nin tərkibində olanda bizim idmançılarımızın hər bir nailiyyəti SSRİ_nin adı ilə bağlanırdı. Bu təkcə bizə aid deyildi. SSRİ-yə daxil olan bütün dövlətlərdə bu belə idi. Ancaq SSRİ-i dağıldıqdan sonra artıq hər kəs öz ölkəsinin adını daşımaq üçün idmanla məşğul olmağa başladı. Bax, bir idmançı üçün ən böyük vətənpərvərlik budur.

Hərdən bir idmançının bayrağı altında, himnini oxuyarkən axıtdığı göz yaşı onu izləyən həmvətənlərinin qəlbində böyük iz buraxır. Siz özünüz bir idmançı kimi o göz yaşlarını axıdarkən nələri düşünmüsünüz?

1995-ci ildə mən Meksikada dünya çempionu oldum və mükafatlandırılma mərasimi keçirildi. Təbii ki, o zamanlar bizim ölkə yeni yarandığı üçün bəzi problemlər yaşanırdı. Bu zaman təqdimat mərasimi keçirildi və diktor Qazaxıstan idmançısı Fizuli Musayev kürsüyə buyursun dedi. Mənsə kürsüdən düşərək ölkəmin adının yanlış səsləndirildiyini Qazaxıstandan yox, Azərbaycandan olduğumu onlara söylədim. Onlar isə səhvlərini düzəltdilər. Məndə bayrağımıza sarılaraq göz yaşlarımı saxlaya bilmədim. İnanın məni dörd nəfər orada döysə idi ağlamazdım, amma o an özümü saxlaya bilməyib ağladım.Sizin dediyiniz kimi, bir idmançı üçün ən böyük vətənpərvərlik qalibiyyətdən sonra tökülən göz yaşlarıdır.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib
12:39 21.08.2026
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib