Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Bütün Xəbərlər
14:45 15.10.2011
1620
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. APA-nın məlumatına görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bu gün keçirdiyi brifinqdə bildirib ki, qarşıdan qış fəslinin gəlməsi səbəbindən dəm qazından zəhərlənmə hallarının artma ehtimalı böyükdür: “Üzümü əhaliyə tutaraq deyirəm ki, nasaz elektrik cihazlarından və sobalarından istifadə etmək yaxınlarımızın itkisinə və evlərimizin yanmasına səbəb ola bilər. Əhali bu cihazlardan istifadə edərkən maksimum ehtiyatlı olmalıdır”. E. Mirzəyev deyib ki, çoxmərtəbəli binaların dəm qazının çıxması üçün nəzərdə tutulan tüstü borularının işlək vəziyyətdə olmaması da ciddi problemlərdən biridir: “Həmin binaların bir qismi özəl, bir qismi isə icra strukturlarının tabeçiliyində olan binalardır. Özəl evlərin sobaları binanı inşa edən qurumun daxili imkanları hesabına, icra strukturlarının, MİS-lərin balansında olan binaların sobaları isə həmin qurumlar tərəfindən təmizlənməlidir”.
OXŞAR XƏBƏRLƏR