Gəlinin öz toyunda ölməsinin səbəbi araşdırılır - TƏFƏRRÜAT

Bütün Xəbərlər
08:23 25.04.2011
1561

 
Qız toyu adlanan ilk mərasimdən sonra oğlan tərəfi gəlini Mərəzəyə aparacaqlarını və ertəsi gün oğlan toyu keçirəcəklərini bildirib. Onlar öz adətlərinə uyğun olaraq, gəlinin qız toyundan birbaşa oğlan evinə getməli olduğunu deyiblər və A.İsgəndərova Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə qəsəbəsinə aparılıb. 19 yaşlı gəlinlə bərabər onun xalası da qonşu rayona yola düşüb.
Ertəsi gün qızın qohumları Mərəzəyə, oğlan toyuna yola düşüblər. Günorta saatlarında toy başlayıb. Toy A.İsayevin ailəsinin məskunlaşdığı, Mərəzə qəsəbəsində fəaliyyətini dayandırmış üzüm emalı zavodunun həyətində qurulmuş çadırda keçirilib. Lakin saat 16.00 radələrində gəlinin vəziyyəti qəflətən pisləşib. O, tez xalasını çağırıb. Xalası yetişdikdə isə A.İsgəndərova halsız vəziyyətdə döşəmənin üzərində uzanıbmış. Təcili olaraq tibbi yardım maşını çağırılıb. Lakin qızın qayınanası gələn həkimlərin müdaxilə etməsinə icazə verməyib. O, “özüm həkiməm” deyərək irəli durub. Getdikcə qızın vəziyyətinin daha da pisləşdiyini görən həkimlər onu maşına mindirərək xəstəxanaya çatdırmaq istəsələr də, A.İsgəndərovanın həyatını xilas etmək mümkün olmayıb, o, yolda keçinib.
A.İsgəndərovanın müəmmalı şəkildə ölməsi ilə bağlı tibbi ekspertiza təyin olunub. Onun xəstəlikdə və ya zəhərlənərək ölməsi ehtimalı da araşdırılır. Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Qobustan rayon Prokurorluğu araşdırmaları davam etdirir.
OXŞAR XƏBƏRLƏR