"Gənc Heydərçilər" Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət ediblər (FOTO)

GƏNCLİK
09:09 18.06.2011
4556

Səhər saatlarından başlayaraq, paytaxt sakinləri, şəhidin həmyerliləri, yaxınları və qohumları, gənclər M. İbrahimovun məzarını ziyarət etməyə gəlirlər. Saat 10.00-da Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Baş İdarəsi, Gənc Heydərçilər Ümumrespublika Gənclər Birliyinin üzvləri şəhid Mübariz İbrahimovun və şəhid Fərid Əhmədovun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər. “Mübariz olaq!” şüarları səsləndirən gənclər şəhidlərin məzarı üzərinə qərənfillər qoyublar. Şəhidlərin məzarı üzərində çıxış edən Raqif Abbasov bildirib ki, Mübariz İbrahimov öz həyatı və əməli ilə vətəndaşlıq borcunu yerinə yetirib: “Şəhidlər ölmürlər, Mübariz İbrahimov öz vətəndaşlıq borcunu yerinə yetirərək şəhid olub. Bu bir daha göstərir ki, bizim amalımız torpaqlarımızı geri qaytarmaqdır”.

Hazırda şəhidlər Mübariz İbrahimov və Fərid Əhmədovun məzarlarını ziyarət davam edir.

180620111209-001

OXŞAR XƏBƏRLƏR