Gecə 53 yaşlı keçmiş “ZEK”i küçədə döyüb öldürdülər

KRİMİNAL
12:44 08.01.2014
2156

Cinayətin baş vermə səbəbləri tam məlum olmasa da, hadisənin qisas məqsədilə törədildiyi ehtimal olunur

Bu gecə Goranboy rayonu Xanqərvənd kəndində 53 yaşlı kişini küçənin ortasında döyüb öldürüblər. Goranboy rayon polis şöbəsindən Ans press-ə verilən məlumata görə1960-cı il təvəllüdlü Etibar Cəmşid oğlu Verdiyev vəhşicəsinə döyülüb. Daha sonra isə küt alətlə başından vurublar.Aldığı zərbələrdən kişi ordaca dünyasını dəyişib. Cinayətin baş vermə səbəbləri tam məlum olmasa da, hadisənin qisas məqsədilə törədildiyi ehtimal olunur. Lakin istintaq sirri olduğu üçün ətraflı məlumat verilməyib.Qeyd edək ki, Etibar Verdiyev əvvəllər məhkumluq həyatı yaşayıb.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR