Bu gün Gədəbəy rayonunun Şınıx və Kollu kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bununla da 171 abonent təbii qazla təmin edilib.Hər iki kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 16 542 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 116 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.