"Gələcəyimizi Sığortalayaq" layihəsinin ikinci mərhələsinə start verildi

GƏNCLİK
23:40 14.10.2011
1821
"Başak-İnam Sığorta Şirkəti" ASC və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Azərbaycan Respublikasında gənclərin sosial-iqtisadi həyatda fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həllini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 6 aprel 2011-ci il tarixdə imzalanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında Sərəncamını əsas tutaraq başlatdıqları "Gələcəyimizi Sığortalayaq" layihəsi üzrə ikinci mərhələyə start vermişdir.Layihə çərçivəsində seçilmiş 30 tələbə "Başak-İnam Sığorta Şirkəti" ASC-nin təmənnasız olaraq təşkil etdiyi "Ümumi Sığortaçılıq" təlimlərinə qatılacaq. Təlimlər həftədə 2 dəfə olmaqla 6 həftə davam edəcək, sonda imtahan qəbul ediləcəkdir. Layihənin məqsədinə uyğun olaraq imtahanı müvəffəqiyyətlə başa vurmuş tələbələr "Başak-İnam Sığorta Şirkəti" ASC tərəfindən sertifikatla təmin olunacaq, xatirə hədiyyələri əldə edəcək və şirkətdə 3 aylıq təcrübə keçəcəklər.Xatırladaq ki, layihənin birinci mərhələsi bu ilin aprel-may aylarında həyata keçirilmiş, bu mərhələdə müxtəlif universitetlərdən 12 tələbə təlimlərə qatılmış, sonda verdikləri imtahanın nəticələrinə görə sertifikatla təmin olunmuşlar. "Başak-İnam Sığorta Şirkəti" ASC imtahanı uğurla keçmiş tələbələrin şirkətdə təcrübə keçməsi üçün müvafiq şərait yaratmışdır.Təhsilimizə dəstək olaq- Gələcəyimizi Sığortalayaq!
OXŞAR XƏBƏRLƏR