Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gəlinini odlu silahla qətlə yetirməkdə ittiham olunan Qusar rayonu, Avaran kənd sakini, 1938-ci il təvəllüdlü Amanxan Nəzərova hökm oxunub.
Vitrtualaz.org xəbər verir ki, məhkəmə A.Nəzərova 18 il həbs cəzası verib.
Qeyd edək ki, Amalxan Nəzərov 2015-ci il iyulun 25-də gəlini Sevinc Məmmədovanı qətlə yetirib. O, məhkəməyə verdiyi ifadəsində gəlini ilə münasibətlərinin normal olmadığını təsdiqləyib və hadisədən sonra Qusar Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olduğunu bildirib.