“Gənc jurnalistlər arasında etik davranışların təbliği” layihəsinin bağlanış mərasimi keçirildi - FOTOLAR

“Gənc jurnalistlər arasında etik davranışların təbliği” layihəsinin bağlanış mərasimi keçirildi - FOTOLAR
MEDIA
13:20 29.09.2016
1927

27 sentyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib elan olunan "Gənc Jurnalistlər arasında etik davranışların təbliği” layihəsinin bağlanış mərasimi keçirilib.

Layihənin bağlanış mərasimində millət vəkili Qənirə Paşayeva, media kapitanları, QHT sədrləri və layihə iştirakçıları iştirak edib.

3 ay ərzində görülən işlərlə bağlı qonaqlara geniş məlumat verən layihənin rəhbəri Əfsələddin Ağalarov layihədə 50-dən çox gəncin iştirak etdiyini qeyd edib:

"3 ay ərzində layihəmizə müraciət edən gənclərlə görüşlər keçirdik. Onlarla birlikdə müxtəlif media orqanlarının iş fəaliyyəti ilə tanış olduq. Bundan başqa iştirakçılarımıza media kapitanları tərəfindən təlimlər də keçirildi. Son olaraq bir daha layihəmizə dəstək verən bütün jurnalistlərə, media orqanlarına təşəkkür edirəm”.


Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva çıxışından öncə gəncləri salamlayaraq, layihədə iştirak edən bütün iştirakçılara uğurlar arzu edib:

"Bu cür layihələrin keçirilməsi Azərbaycanda peşəkar jurnalistlərin yetişdirilməsi üçün çox önəmli addımdır. Azərbaycan jurnalistikasının bu gün bir çox problemləri var ki, onları məhz siz həll etməlisiniz. Bu missiya sizinlərin üzərinə düşür. Mən də öz növbəmdə bütün iştirakçıları təbrik edir və sonda layihədə fərqlənən gənc jurnalistləri təbrik edirəm”.


Tədbirdə bundan başqa tanınmış tele-jurnalist Ayaz Mirzəyev, "ölke.az” saytının baş direktoru Məmməd Gülməmmədov, "veteninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı, "Yenicag” qəzetinin baş redaktoru, araşdırmaçı-jurnalist Aqil Ələsgər, "miq.az” saytının baş redaktoru Aqil Alışov, "azxeber.com” portalının baş redaktoru Hacıbəy Heydərli, ARB Televiziyasının strateji inkişaf departamentinin rəhbəri İsmayıl Həsənov, "editor.az” saytının baş redaktoru Fərid Şahbazlı çıxış edərək gənclərə uğurlar arzu ediblər.

Tədbirdə layihə müddəti ərzində yaradılan "etikjurnalist.az” saytının təqdimat mərasimi də keçirilib. Saytın bundan sonra layihədə fərqlənmə diplomu alan 7 iştirakçı tərəfindən idarə olunacağı elan olunub. Saytda milli mətbuatımızın müxtəlif problemlərinə işıq tutan yazılar dərc ediləcək ki, bu da layihənin əsas məqsədlərindən biridir.

Layihənin sonunda millət vəkili Qənirə Paşayeva və media kapitanları spesifik mövzularda araştırma yazıları yazan 7 gənc jurnalistə sertifikatlarını təqdim ediblər.

Sonda xatirə şəkili çəkdirilib.

 























OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
Əfqanıstanda güclü zəlzələ oldu
18:46 27.06.2026
Əfqanıstanda güclü zəlzələ oldu