“Gənc Liderlər üçün Qış Universiteti- Sığortalı gələcək” layihəsinin iştirakçıları Qəbələyə yollanıblar.
İrəli İctimai Birliyindən AZXEBER.COM-a verilən məlimata görə, layihənin ilk günü başa çatb.
Qəbələyə yollanan layihə iştirakçıları gün ərzində təmsil etdikləri komandaların təqdimatını həyata keçirib, “Bura İRƏLİdir” filmini izləyiblər.
Günün sonunda gənclər üçün əyləncəvi proqram təşkil olunub.
Layihə çərçivəsində gənclərə sığorta, biznes, kommunikasiya, iqtisadiyyat, natiqlik, liderlik, idarəetmə, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki mövzularda təlimlər keçiləcək. Layihə 5 gün müddətində bir sıra mühüm dövlət adamlarını, millət vəkillərini, iş adamlarını, müxtəlif mütəxəssisləri və həmçinin müxtəlif sahələrdə göstərdikləri uğurlu fəaliyyətlərə görə cəmiyyətdə tanınan və rəğbət qazanan şəxsiyyətləri qonaq edəcək.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilir. AzTV, XəzərTV, həmçinin 1news.az, gun.az, AzerTAc, news.az, AZXEBER.COM, qaynar.info, interfax.az agentlikləri layihənin rəsmi informasiya dəstəkçisidirlər.