Gənc liderlərə 'Həyat Sığortası' barədə təlim keçildi

Gənc liderlərə
GƏNCLİK
16:15 14.02.2012
1837

13 fevral 2012-ci il tarixində “Gənc Liderlər Üçün Qış Universiteti – Sığortalı gələcək” layihəsində bu dəfə gənclərlə “Həyat sığortası” mövzusunda görüş keçirilmişdir. “Atəşgah Həyat Sığorta” ASC-nin idarə heyətinin sədri Əkbər Mədətli, “Azre Təkrarsığorta” ASC-nin Hüquq Departamentinin direktoru Gündüz Mədətli, “Paşa Həyat Sığorta” ASC-nin idarə heyətinin sədr müavini Niyaz İsmayılovun iştirakı ilə keçirilən panel zamanı həyat sığortasının tarixi, sığorta qanunu, yaşam sığortası, sosial sığorta haqqında qanun, sığorta ehtiyyatlarının hesablanması, sığortalı məşhurların siyahısı, risklərin qiymətləndirilmə prosesi barədə maraqlı təqdimatlar həyata keçirmiş, layihə iştirakçılarının suallarını cavablandırmışlar.

Görüşün sonunda komanda iştirakçılarının həyat sığortası haqqında hazırladıqları videoroliklər və kiçik səhnələr nümayiş olunmuşdur.

Xatırladaq ki, 100 nəfər gəncin qatıldığı “Gənc Liderlər üçün Qış Universiteti−Sığortalı Gələcək” layihəsi Qəbələ rayonunda 15 Fevral 2012-ci il tarixinədək davam edəcək.

Layihə çərçivəsində gənclərə sığorta, biznes, kommunikasiya, iqtisadiyyat, natiqlik, liderlik, idarəetmə, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki mövzularda təlimlər keçiləcək. Layihə 5 gün müddətində bir sıra mühüm dövlət adamlarını, millət vəkillərini, iş adamlarını, müxtəlif mütəxəssisləri və həmçinin müxtəlif sahələrdə göstərdikləri uğurlu fəaliyyətlərə görə cəmiyyətdə tanınan və rəğbət qazanan şəxsiyyətləri qonaq edəcək.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilir. AzTV, XəzərTV, həmçinin 1news.az, gun.az, AzerTAc, news.az, azxeber.com, qaynar.info, interfax.az agentlikləri layihənin rəsmi informasiya dəstəkçisidirlər.

OXŞAR XƏBƏRLƏR