“Gənc Media Kapitanları” Jurnalistika Məktəbinin sonuncu təlimi baş tutdu - FOTO

“Gənc Media Kapitanları” Jurnalistika Məktəbinin sonuncu təlimi baş tutdu - FOTO
MEDIA
16:32 13.04.2019
451

Aprelin 13-də "Gənc Media Kapitanları" Jurnalistika Məktəbinin sonuncu təlimi baş tutub.

 

Azərbaycan Respublikası Gənclər Fondunun XXI qrant müsabiqəsində qalib olan "Gənc Media Kapitanları" Jurnalistika Məktəbi layihəsinin sonuncu təlimi Qərbi-Kaspi Universitetində baş tutub.

 

Təlimi layihə rəhbəri Əfsələddin Ağalarov giriş nitqi ilə açıq elan edib.


Ə.Ağalarovun sözlərinə görə, "Gənc Media Kapitanları" ali təhsil müəssisələrində, QHT-lərdə jurnalist olmaq istəyən aktiv gəncləri bir araya toplayır, onları media kapitanları, müxtəlif özəl sektorda təmsil olunan qrumların PR və Marketinq mütəxəssisləri ilə görüşdürür.


Daha sonra tədbirin təlimçisi Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə beynəlxalq donor təşkilatlarının elan etdiyi qrant müsabiqələrində iştirka etmə qaydaları, layihələrin hazırlanması və icra edilməsi qaydaları haqqında tələbələrə geniş məlumat verib.

 

Təcrübəsində yaşadığı hadisələrlə bağlı məlumatlar verən F.Həsənzadə tədbir iştirakçılarının suallarına geniş cavablar verib.

 

Qarşılıqlı fikir mübadiləsi, dialoq formasına davam edən tədbir iştirakçıların xüsusi marağına səbəb olub.


Təlimdən sonra xatirə şəkili çəkdirilib.

OXŞAR XƏBƏRLƏR