Gənc müğənni Ramin Şövkətov qayıtdı

Gənc müğənni Ramin Şövkətov qayıtdı
MAQAZİN
14:08 06.08.2012
1878

Gənc müğənni Ramin Şövkətov artıq iş başına dönüb.

İfaçı AZXEBER.COM-a açıqlamasında yeni mövsümə hazırlaşdığını bildirib. Bir neçə mahnı üzərində çalışan Ramin sentyabr ayında daha bir kompozisiyanı dinləyicilərə təqdim edəcək. Qeyd edək ki, bu dəfə o fərqli üsluba müraciət etmək fikrindədir: “Bir neçə mahnı üzərində seçim edirik, amma demək olar ki, bəllidir, sadəcə dəqiqləşdirəcəyik”. Müğənni hələlik bəstəkarın adını sirr saxlayaraq, təkcə sevilən və populyar musiqiçi olduğunu bildirib: “Son ifa etdiyim “İkimiz” mahnısı dinləyicilər tərəfindən çox sevildi. Bu, ritmik, əsl yay əhval-ruhiyyəsinə uyğundur. Yeni mahnımız isə lirika olacaq”. Müğənni Pərviz Mahmudovun Leylinin şeirinə bəstələdiyi və Hakan Erolun aranjeman etdiyi “İkimiz” mahnısının ekran versiyasını da hazırlamaq niyyətindədir. Belə ki, bunun üçün o, kameralar qarşısına çıxmağa hazırlaşır: “Bundan əvvəl ifa etdiyim mahnılardan birini də Nail Naiboğlu ekranlaşdırıb. “İkimiz” mahnısının klipini lentə almaq üçün yenidən ona müraciət edəcəyəm”. R.Şövkətovun sözlərinə görə klipin süjeti haqqında onun öz təsəvvürləri də var. Ola bilər ki, müğənninin öz ideyalarından da istifadə edilsin. Qeyd edək ki, artıq çəkiliş məkanları və geyim axtarışlarına başlanılıb. Ramin sentyabr ayında televiziya kanallarından birində yeni başlayacaq verilişin ilk qonağı olacağını da əlavə edib. Proqramın yaradıcı heyəti “İkimiz”in məhz ilk buraxılışda səslənməsini istəyib: “Sevilən  aparıcı və müğənni Ədalət Qəhrəmanlının “Tez bazar” adlı yeni maraqlı və əyləncəli verilişi yayıma başlayacaq. Şəhərin məşhur istirahət və əyləncə mərkəzlərindən birində çəkiləcək verilişin ilk qonağı olacağıma sevinirəm”. Diqqətinizə çatdıraq ki, Ədalət Qəhrəmanlı “İkimiz” mahnısını çox bəyəndiyini və proqramda müğənnidən məhz bu mahnını ifa etməsini xahiş edib”. Müğənni həmçinin kompozisiyanın Nail Naiboğlunun “Lider” telekanalında efirə gedəcək “Mahnı-2012” layihəsində də uğur qazanacağına əminliyini bildirib. Onun sözlərinə görə “Mahnı-2012”də “İkimiz” mahnısının rəqqaslarla təqdimatı onun çıxışına bir rəng qatıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı