Gənc oğlan 15 yaşlı qızı qaçırdı, polis hərəkətə keçdi

Gənc oğlan 15 yaşlı qızı qaçırdı, polis hərəkətə keçdi
SOSİAL
08:38 20.11.2026
52
Sabirabad rayonunda 17 yaşlı oğlan 15 yaşlı qızı qaçırması ilə bağlı araşdırmalara başlanılıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə noyabrın 19-da rayonun Cavad kəndində qeydə alınıb.

Məlumata görə 2011-ci il təvəllüdlü qızın 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədi ilə qaçırılması barədə qızın atası polisə müraciət edib. Onların tapılması istiqamətində axtarış elan olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR