'Gənc qan donorları üçün qış universiteti-Gürcüstan 2012' başlayır

GƏNCLİK
00:25 25.02.2012
2027

26 fevral tarixindən etibarən "Qan Donorları Assosiasiyası", “Gənclərin Töhfəsi” İctimai Birliklər və “Marneuli Gənclər Mərkəzi”nin təşkilatçılığı ilə“Gənc qan donorları üçün qış universiteti-Gürcüstan 2012” layihəsinə start verilir.

AZXEBER.COM-un məlumatına görə, mart ayının 2-nə qədər davam edəcək layihənin əsas məqsədi iki qonşu ölkənin gənc qan donorları arasında şəbəkə yaratmaq, ikitərəfli təcrübə mübadiləsi aparmaq və regional layihələrdə gənclərin iştirakına dəstək olmaqdır. Eyni zamanda qan donorluğuna insanların cəlb olunması üçün təcrübəsi olan mütəxəssislərin praktikasından istifadə etməklə yanaşı QHT-lərin qarşılıqlı əlaqəsinin genişləndirməkdir. Məhz bu məqsədlədə layihədə qan donorluğu sahəsində təcrübəyə malik təlimçilər təlimlər keçəcəkdirlər.

Layihənin məhz Xocalı soyqırımı ərəfəsində keçirilməsi heç də təsadüfi deyil. Gürcüstan nümayəndələri ilə birgə təşkil olunacaq treninqlər və görüşlər zamanı Xocalı soyqırımı faktlarının göstərilməsi və milliyətindən asılı olmayaraq hər bir gəncin vəhşiliyə qarşı çıxması, humanizm çarçısı olmasını aşılamaqdır.

Qeyd edək ki, sözü gedən layihədə "Qan Donorlari Assosiasiyası" İctimai Birliyinin sədri Fuad Əsgərov, “Gənclərin Tövhəsi” İctimai birliyinin sədri Asim Vəliyev, Azərbaycan Respublika Uşaq Təşkilatının (ARUT) baş katibi Humay Mirzəzadə və s. birliklərin fəal üzvləri də iştirak edəcəkdir. Layihə çərçivəsində Gürcüstanda yerləşən bir çox tarixi abidələr və mədəniyyət mərkəzləri ziyarət olunacaqdır.

OXŞAR XƏBƏRLƏR